Tanınmış futbolçu ərəblərin 30 milyon avroluq təklifindən imtina edib
“Lion”un hücumçusu Aleksandr Lakazett komandada qalmaq qərarına gəlib.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanı klubu “Əl-Qadisiya” maraqlanıb.
Belə ki, Səudiyyə Ərəbistanı klubu fransalı futbolçuya 2 illik müqavilə təklif edib və bu müqavilənin şərtlərinə əsasən, o, təxminən 30 milyon avro qazana bilərdi.
Lakazett bu təklifdən imtina edib “Lion”da qalmaq qərarına gəlib. Baxmayaraq ki, klub rəhbərliyi sövdələşməni təsdiqləməyə və kapitanın satışından qazanc əldə etməyə hazır olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin