La Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu
Futbol üzrə İspaniya La Liqasına vəsiqə qazanan sonuncu klubun adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, pley-off mərhələsinin finalında “Malyroka” və “Deportivo” klubları üz-üzə gəlib.
Səfərdə 2 cavabsız qolla məğlub olmuş “Malyroka” ötən gecə doğma meydanda 3:0 hesabıyla qələbə qazanaraq, elitaya vəsiqəni təmin edib.
Altı il sonra La Liqaya qayıdan “Malyorka” sonuncu dəfə 2012/13 mövsümündə elitada mübarizə aparıb.
Daha öncə “Osasuna” və “Qranada” klubları növbəti mövsümdən La Liqada mübarizə aparmaq hüququ qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin