“Barselona”nın prezidenti La Liqa rəhbərliyinə “müharibə” elan etdi

“Barselona”nın prezidenti Xuan Laporta Dani Olmo və Pau Viktorun qeydiyyatı ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri La Liqa rəhbərliyinə qarşı mübarizə aparacaqlarını söyləyib:

“La Liqa rəhbərliyinə qarşı mübarizə aparacağıq. Bizim maraqlarımıza zərbə vurmaq istəyirlər. La Liqa rəhbərliyi Pau Viktor və Olmonun transferini təsdiqləsə də, indi onlar fikirlərini dəyişiblər. Niyə? Əməliyyatı təsdiqlədikdən sonra pis bir iş gördülərmi?”

Hazırda Olmo və Viktorun “Barselona”dakı gələcəyi sual altındadır. Klubun maliyyə problemləri səbəbindən hər iki futbolçuya “Barsa”da oynamaq qadağan edilə bilər.

İspaniya çempionatının turnir cədvəlinə 29 turdan sonra 66 xalla “Barselona” başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button