“Neymarın heç vaxt “Barselona”ya dönəcəyini düşünmürəm”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas braziliyalı hücumçu Neymarın “Barselona”ya mümkün qayıdışı ilə bağlı açıqlama verib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, o, Neymarın heç vaxt “Barsa”ya dönəcəyini düşünmür:

“Neymarın heç vaxt “Barsa”ya dönəcəyini düşünmürəm. Əminəm ki, bu baş verməyəcək”.

Daha əvvəl mətbuatda 33 yaşlı forvardın yenidən “Barselona”da oynamaq istədiyi barədə məlumatlar yayılmışdı.

Neymar 2013-2017-ci illərdə “Barselona”da oynayıb. Daha sonra ardıcıl olaraq PSJ və “Əl-Hilal”da çıxış edən hücumçu bu qış azad agent kimi “Santos”a keçib. O, Braziliya klubu ilə bu ilin iyun ayına kimi olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button