La Liqanın rəhbəri: “Onlar futbola böyük zərər verəcəklər”

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas Avropa Super Liqası layihəsinin yenidən başlaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Tebas, Super Liqa layihəsi müəlliflərinin İngiltərə Premyer Liqası komandalarını bu turnirə qatmalarının çox çətin olacağını deyib:

“Məncə, bir həftə əvvəl “Yuventus”un prezidenti Andrea Anyellinin evində üç klubun rəsmilərinin görüşü olub. İndi onlar Super Liqada zəmanətli yerə ehtiyac duymadıqlarını, “Real”dan isə birinci yeri tutmaq planlarının olmadığını deyirlər. Bu, yalandır. İngiltərənin Premyer Liqa klublarını bu turnirə qatmaq çox çətin olacaq. Ona görə də, onlar iki divizion yaratmaq istəyirlər. Hansı ki, ikinci divizionda daha aşağı səviyyəli milli liqalar təmsil olunacaq. “Juventus”, “Barselona” və ​​”Real” UEFA-da düşmənlər qazandı.

Onlar Super Liqanın yaradılmasının milli liqalara təsir etməyəcəyini təkid edirlər. Buna inanmaq üçün axmaq olmalısan. Hamımız bunun çempionatlara zərər verəcəyini bilirik. Bu, mənim üçün təhqirdir, özümü alçaldılmış hiss edirəm. Onlar futbola böyük zərər verəcəklər”.

Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button