La Liqanın rəhbəri: “Peres özünü İsa peyğəmbər hesab edir”
İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “Real”ın prezidenti Florentino Peres haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, La Liqanın rəhbəri Peresin hər şeydə haqlı olmaq istədiyini bildirib:
“Florentino Peres “Real”ın prezidenti olaraq qaldığı müddətdə məni narahat edəcək. O, çox inadkar və israrlı insandır, hər şeydə haqlı olmaq istəyir. Klubların son toplantısında “Real”ın futbolu xilas edəcəyini söylədi. O, özünü Məsih (İsa peyğəmbər) hesab edir”.
Peres Avropa Super Liqasının başlaması ideyasını fəal şəkildə təbliğ edir. Məhz bu layihə Peres üçün “futbolu xilas etmək” deməkdir. Tebas isə Super Liqa ideyasının əsas əleyhdarlarından biridir. Əldə olan məlumata görə, turnir gələn ildən başlaya bilər.
Bizi Facebook-da izləyin