La Liqanın rəhbəri “Barselona”nın ABŞ-da oynayacağına əmindir

İspaniya La Liqasının prezidenti Xavyer Tebas hesab edir ki, “Barselona” və “Vilyarreal” komandalarının oyunu ABŞ-da baş tutacaq.

Əvvəlcə məlumat verilmişdi ki, İspaniya Futbol Federasiyası dekabrda Mayamidə keçirilməsi nəzərdə tutulan oyunun icazəsi üçün UEFA-ya müraciət edib. Bununla belə, “Real” çempionat oyunlarının ölkə xaricində keçirilməsinə qarşı çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqanın rəhbəri oyunun bu mövsüm baş tutacağından əmindir:

“Əminəm ki, oyun bu mövsüm baş tutacaq. Klublar könüllü şəkildə qarşılaşmanı ABŞ-da keçirmək üçün müraciət ediblər. İndi UEFA və FİFA-dan icazə almaq lazımdır. Klublar özləri qərar verir ki, harada oynayacaqlar. Əvvəllər də bu barədə danışılıb və bir çox klub razılıq verib”.

“Real”ın ABŞ-da oyuna etirazı La Liqa rəhbərliyi ilə yeni bir münaqişəyə səbəb olub və klub UEFA, FİFA, həmçinin, məhkəməyə müraciət etməklə təhdid edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button