La Liqanın prezidenti narazıdır

La Liqanın prezidenti Xavyer Tebas “Barselona”nın futbolçuları Dani Olmo və Pau Viktorun, eləcə də Kataloniya klubunun apellyasiya şikayətlərini təmin edən Ali İdman Şurasının (CSD) qərarından narazılığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas sosial şəbəkə hesabındakı paylaşımında CSD-nin qərarının hüquqi baxımdan qanunsuz olduğunu izah edib:

“Biz öz səlahiyyətlərimizi və proseslərimizi institusional qürurumuzdan deyil, peşəkar İspaniya idmanına qarşı məsuliyyətimizdən müdafiə etməyə davam edəcəyik”.

“Barselona” əvvəllər La Liqa və İspaniya Kral Futbol Federasiyasının mövsümün sonuna qədər hər iki futbolçunu qeydiyyatdan keçirməkdən imtina etməsinə qarşı apellyasiya şikayəti vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button