La Liqanın prezidenti: “Messini PSJ-də daha az izləyirlər”
İspaniya La Liqasının prezidenti Xavyer Tebas hesab edir ki, Lionel Messi “Barselona”da qalmalı idi.
Komanda.az “Diario Ole”-yə istinadən xəbər verir ki, Tebas, Messini PSJ-də daha az insanın izlədiyini deyib:
“Düşünürəm ki, Messi PSJ-də olmasına baxmayaraq, onu “Barsa”da olduğu vaxtdan daha az izləyən var. Ümid edək ki, o, gözəl dünya çempionatı keçirəcək. Düşünürəm ki, Kataloniya klubunu tərk etmək hətta Messi üçün də səhv idi. Fikrimcə, bu, Messi və “Barselona”nın özü üçün uzunmüddətli perspektivdə faydalı bir münasibət idi”.
Messi 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin