La Liqanın prezidenti: “Əminəm ki, Messi qayıdacaq”

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas argentinalı hücumçu Lionel Messinin “Barselona”ya qayıdacağına əmin olduğunu bildirib.

Komanda.az “GiveMeSport”-a istinadən xəbər verir ki, Tebas Messinin uzun illər keçirdiyi kluba qayıtmaq istədiyini düşünür:

“Düşünürəm ki, o, uzun illər keçirdiyi kluba qayıtmaq istəyir. Əminəm ki, Leo qayıdacaq. Ola bilsin ki, o, futbolçu kimi qayıdacaq, amma mən onun başqa vəzifədə də olsa, qayıtmasına sevinərəm”.

Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Daha sonra PSJ-yə yollanan argentinalı hücumçu hazırda MLS-də – “İnter Mayami”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button