La Liqanın bərpa tarixi müəyyənləşdi
Koronavirus səbəbiylə dayandırılan İspaniya La Liqasının bərpa tarixi məlum olub.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas açıqlama verib. Bundesliqanın başlamasını nümunə çəkən Tebas, La Liqanın iyunun 12-də bərpa olunacağını bildirib:
“Bundesliqanın bərpasından çox məmnunam. Buna görə turnirin CEO-sunu təbrik etdim. Çox vacib iş gördülər, bununla qürur duyuram.
La Liqanın bərpası səhiyyə təşkilatı tərəfindən müəyyənləşəcək, bunun ən qısa zamanda olmasını istəyirəm. Turnirin iyunun 12-dən başlaması üçün çalışırıq. Hər yeni mərhələ daha çox insanla birlikdə olmaq şəraiti yaradır, buna görə də, futbolçular diqqətli olmalıdır. Etdiyimiz təhlükəsizlik tədbirləri ilə məşqlərdə yoluxmanın olması mümkünsüzdür”.
Bizi Facebook-da izləyin