
Ukraynalı hücumçu “Roma”ya keçməyə yaxındır
La Liqada ötən mövsümün bombardiri olan Artyom Dovbik İtaliya A Seriyasına keçməyə yaxındır.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ukraynalı hücumçunun yeni klubu böyük ehtimalla, paytaxt “Roma”sı olacaq. Tərəflər sövdələşməni yaxın vaxtlarda rəsmiləşdirməlidir. Transferin məbləği 35-40 milyon avro olacaq.
Dovbiklə “Atletiko”nun maraqlandığı bildirilsə də, razılaşma baş tutmayıb.
27 yaşlı forvard ötən mövsüm İspaniya çempionatında 36 oyun keçirib, 24 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin