La Liqanın bombardiri “Barselona”ya keçə bilər
La Liqanın son mövsümünün bombardiri, “Jirona”da çıxış edən Artyom Dovbik “Barselona”ya keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı hücumçunun xidmətində “Barsa”nın keçmiş baş məşqçisi Xavi də maraqlı idi. Belə ki, ispaniyalı mütəxəssis polşalı futbolçu Robert Levandovskinin yerinə Dovbiki dəvət etmək istəyirdi.
Dovbik 2023-cü ilin yayında “Jirona”ya keçib. 26 yaşlı hücumçu ötən mövsüm 41 matçda iştirak edib, 25 qol vurub, 10 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin