La Liqanın bombardiri “Atletiko”nun hədəfindədir

“Jirona”nın hücumçusu Artem Dovbik karyerasını İspaniyanın başqa klubunda davam etdirə bilər.

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, “Atletiko” La Liqanın bombardiri ilə müqavilə bağlamaqda maraqlıdır.

Madridlilər ukraynalı forvardın transferi üçün 33 milyon avro ödəməyə hazırdır. Tərəflər razılığa gəlsələr, sövdələşmə gələn ayın ilk həftəsində açıqlanacaq. 

Dovbik İspaniya çempionatının ötən mövsümündə “Jirona”nın heyətində 36 oyun keçirib, 24 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button