Keyn La Liqanın iki top-klubunun hədəfindədir

“Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə həm “Real”, həm də “Barselona” maraqlanır.

La Liqanın iki top-klubu yaxın gələcəkdə Keynin transferini reallaşdırmaq imkanlarını araşdırır. “Transfermarkt” portalı onu 75 milyon avro dəyərində qiymətləndirir.

Hazırda ingilis forvardın “Bayern”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. O, cari mövsümdə Bundesliqada keçirdiyi 5 oyunda 10 qol vurmağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button