“Barselona” “yatır” – La Liqanın ən bahalı futbolçuları “Real”dadır

Bu gün “Barselona”nın heyəti əzəli rəqibi “Real”dan ciddi şəkildə geri qalır.

Komanda.az “Transfermarkt”-a istinadən xəbər verir ki, La Liqanın ən bahalı oyunçularının siyahısında ilk altılığı “kral klubu”nun futbolçuları tuturlar:

Vinisius Junior (180 milyon avro), Çud Bellingem (180), Federiko Valverde (120), Rodriqo (110), Orelyen Tçuameni (100) və Eduardo Kamavinqa (100).

Reytinqdə sonrakı yerləri “Barselona”nın futbolçuları tutur: Lamin Yamal (90 milyon avro), Qavi (90), Pedri (80), Frenki de Yonq (70) və Ronald Arauxo (70).

“Real” 2023/24 mövsümündə İspaniya çempionatı, Çempionlar Liqası və İspaniya superkubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button