La Liqada yenə 5 əvəzetmə olacaq
İspaniya Futbol Federasiyası 2020/21 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq yeni qaydaları açıqlayıb.
Komanda.az xəbər verir ki, federasiya koronavirus pandemiyası səbəbindən 2019/20 mövsümü üçün nəzərdə tutulan qaydaları yeni futbol ilində də qüvvədə saxlayıb.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Belə ki, hər iki liqada oyun ərzində 5 əvəzetmədən istifadə ediləcək. Klubların iştirak ərizəsində isə maksimum 23 futbolçunun adı yer alacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin