La Liqada yanvarın ən yaxşı baş məşqçisi açıqlandı

İspaniya La Liqasında yanvarın ən yaxşı baş məşqçisi bəlli olub.

Komanda.az xəbər verir ki, bu ada “Xetafe”ni çalışdıran Xose Bordalas layiq görülüb.

Komanda onun rəhbərliyi altında yanvarda 3 oyun keçirib, 7 xal toplayıb.

60 yaşlı mütəxəssis səsvermədə Karlo Ançelotti (“Real”) və Borxa Ximenesi (“Leqanes”) qabaqlayıb.

“Xetafe” La Liqada 14-cü sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button