La Liqada sentyabrın ən yaxşı futbolçusu
İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusunun adı məlum olub.
Komanda.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Federiko Valverde ötən ayın ən yaxşısı seçilib.
Uruqvaydan olan 24 yaşlı futbolçu sentyabrda La Liqa çərçivəsində meydana çıxdığı 3 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Valverde bir neçə gün öncə Madrid “Real”ında da sentyabrın ən yaxşı oyunçusu elan olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin