La Liqada mövsümün ilk yarısının rəmzi komandası açıqlanıb
İspaniya La Liqasında mövsümün birinci yarısının rəmzi komandası açıqlanıb.
Komanda.az xəbər verir ki, heyətdə lider “Jirona” və 2-ci pillədə qərarlaşan “Real”dan 2 futbolçu yer alıb:
Qapıçı: Simon Unay (“Sevilya”);
Müdafiəçilər: Dieqo Roka (“Xetafe”), Deyli Blind (“Jirona”), Antonio Rüdiger (“Real”), Joao Kanselo (“Barselona”);
Yarımmüdafiəçilər: İsko (“Betis”), Çud Bellingem (“Real”), Aleks Qarsiya (“Jirona”), Brayan Saraqosa (“Qranada”);
Hücumçular: Antuan Qrizmann (“Atletiko”), İnyaki Uilyams (“Atletik”).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin