“Real” “Barselona”ya böyük hesabla uduzdu
Futbol üzrə İspaniya La Liqasında 29-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında “Atletik” doğma meydanda “Xetafe” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
“Atletiko” bu turda “Rayo Valyekano”nun qonağı olub. Madrid təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib.
Sonuncu oyun günündə beş qarşılaşma baş tutub. “Selta” – “Betis” və “Sevilya” – “Real Sosyedad” matçlarında qapılara qol vurulmayıb.
“Espanyol” “Malyorka”nı, “Kadis” isə “Vilyarreal”ı minimal hesabla məğlub yola salıb.
Bu tur “el klasiko” ilə əlamətdar olub. “Real” “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nı qəbul edib. Qələbə təqdirində “kral klubu” çempionluğa doğru böyük addım atmış olacaqdı. İntriqanın qalması üçün “Barsa” bu qarşılaşmada madridliləri büdrətməli idi. Bu komanadaların ilk dövrədəki qarşılaşmasında paytaxt təmsilçisi “Kamp Nou”dan 3 xal aparmışdı. Bu görüşdə isə Kataloniya təmsilçisi əzəli rəqibini səfərdə darmadağın edib.
İspaniya La Liqası, 29-cu tur
18 mart
Atletik – Xetafe 1:1
Qol: Berçiçe, 29 – E.Ünal, 3.
19 mart
Alaves – Qranada 2:3
Qol: Eskalante, 53. Valyexo, 57 – Eskudero, 50. Puertas, 75. L.Suares, 87.
Elçe – Valensiya 0:1
Qol: Quedes, 50.
Osasuna – Levante 3:1
Qol: Avila, 44. Budimir, 57. Brasanaç, 64 – Marti, 76.
Rayo Valyekano – Atletiko 0:1
Qol: Koke, 49.
20 mart
Espanyol – Malyorka 1:0
Qol: De Tomas, 42.
Kadis – Vilyarreal 1:0
Qol: Sobrino, 90.
Selta – Betis 0:0
Sevilya – Real Sosyedad 0:0
Real – Barselona 0:4
Qol: Obameyanq, 29; 53. Arauxo, 38. Torres, 47.
Bizi Facebook-da izləyin