La Liqada daha bir istefa

“Espanyol” baş məşqçisini istefaya yollayıb.

Komanda.az xəbər verir ki, Kataloniya klubu Dieqo Martineslə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Dieqo Martines 2022-ci ildən “Espanyol”a rəhbərlik edirdi. O, “Motril”, “Osasuna”, “Qranada”nı da çalışdırıb.

“Espanyol” bu mövsüm La Liqada 27 oyuna 27 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button