“Valensiya” 3 xalı 4 qolla qazandı
Futbol üzrə İspaniya çempionatında yeni mövsümə start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Saat 18:00-da start götürən “Eybar” – “Selta” matçıyla La Liqada 2020/21 mövsümünə start verilib. Bu oyunda qapılara qol vurulmayıb. Günün digər matçlarında “Qranada” “Atletik”i, “Kadis” isə “Osasuna”nı qəbul edib. “Qranada” evdə, “Osasuna” səfərdə 2 cavabsız qolla 3 xal qazanıb.
“Vilyarreal” bu turda “Hueska” ilə, “Valyadolid” “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirib. Hər iki oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Betis” səfərdə “Alaves”dən minimal hesabla üstün olub. Altı qolun qeydə alındığı “Valensiya” – “Levante” matçında isə meydan sahibləri qələbəni bayram ediblər.
Bu tur keçirilməli olan “Barselona” – “Elçe”, “Real” – “Xetafe” və “Atletiko” – “Sevilya” matçları təxirə salınıb.
İspaniya La Liqası, 1-ci tur
12 sentyabr
Eybar – Selta 0:0
Qranada – Atletik 2:0
Qol: Herrera, 49. Milya, 53.
Kadis – Osasuna 0:2
Qol: Adrian, 10. R.Qarsiya, 79.
13 sentyabr
Alaves – Betis 0:1
Qol: Telyo, 90+4.
Valyadolid – Real Sosyedad 1:1
Qol: Miçel, 39 – Lopes, 60.
Vilyarreal – Hueska 1:1
Qol: Moreno, 68-pen – Maffeo, 42.
Valensiya – Levante 4:2
Qol: Qabriel, 12. M.Qomes, 39. Valyexo, 75; 90+4 – Morales, 1; 36.
Bombardir: Xose Luis Morales (Levante), Manu Valyexo (Valensiya) – 2 qol.
Bizi Facebook-da izləyin