678,4 milyon avro zərər olacaq – Çempionat dayandırılsa
İspaniya La Liqasının koronavirus epidemiyası səbəbiylə dayandırılacağı halda, klublara dəyəcək zərər açıqlanıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqa rəhbərliyi belə qərar qəbul edərsə, klublara ümumilikdə 678,4 milyon avro ziyan dəyəcək. Oyunların azarkeşsiz keçirilməsi qərara alınarsa, klublar təxminən 117 milyon avroluq itki yaşayacaqlar.
Liqa rəhbərliyi dünən çempionatın növbəti iki turunun təxirə salınması ilə bağlı qərar qəbul edib. Hazırda çempionatın dayandırılması və ya qalan oyunların azarkeşsiz keçirilməsi ilə bağlı müzakirələr aparılır. Epidemiya səbəbiylə İtaliya A Seriyası, Fransa Liqa 1, Almaniya Bundesliqası rəhbərliyi də çempionatları qeyri-müəyyən müddətə dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin