
La Liqa prezidentindən etiraz: “Cəzalandırın!”
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Mançester Siti” və PSJ klubları ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqa prezidenti, maliyyə feyr-pley qaydalarını pozduğu üçün hər iki klubun cəzalandırılmasının lazım olduğunu deyib:
“Bu komandaların hər ikisi maksimum dərəcədə cəzalandırılmalı və UEFA yarışlarında iştirak etmək hüququndan məhrum edilməlidirlər. Onlar xərcləri ilə transfer bazarını və feyr-pley qaydalarını pozurlar. Niyə bu səbəblə “Milan”a bir mövsümlük cəza verildi, bu iki kluba yox?”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin