“Özümüzü bir az silkələməliyik” – La Liqanın prezidenti

La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatında hakimliklə bağlı fikirlərini bölüşüb.

Komanda.az AS-a istinadən xəbər verir ki, Tebas hakimlərdən narazı olduğunu bildirib:

“Uzun illərdir ki, hakimlik məsələsindən narazıyam. Özümüzü bir az silkələməliyik. Dünyanın ən yaxşı hakimləri olduqlarını dedikləri bu reytinqin harada olduğunu bilmirəm. Biz daha şəffaf olmalıyıq”.

Tebas ilk dəfə 2013-cü ildə La Liqanın prezidenti seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button