“Pereslə razılığa gəlmək üçün heç bir yol yoxdur” – La Liqanın rəhbəri
İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “Real”ın prezidenti Florentino Pereslə barışmağın mümkün olub-olmadığı sualını cavablandırıb.
Komanda.az “Madrid Universal” nəşrinə istinadən xəbər verir ki, Tebas, barışmaq üçün heç bir yol olmadığını bildirib:
“Pereslə Avropa futbolunun necə olması ilə bağlı fikirlərimiz çox fərqlidir və ortaq qərara gələ bilmirik. Razılığa gəlmək üçün heç bir yol yoxdur. Çünki böyük klubların pulun necə bölüşdürüləcəyinə qərar verməsi qəbuledilməzdir”.
“Real”ın 2021-ci ilin avqustunda Avropa Super Liqasının yaradılmasına mane olduğu üçün La Liqanın prezidenti Tebası məhkəməyə verdiyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin