La Liqanın prezidenti “Real”a güzəşt edilməyəcəyini dedi

La Liqanın prezidenti Xavyer Tebas İspaniya Kral Futbol Federasiyasının “Real” – “Osasuna” oyununu təxirə salmamaq qərarını dəstəklədiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk turun avqustun 19-da keçirilməsi planlaşdırılan qarşılaşmasının təxirə salınması üçün əsaslı səbəb olmadığını bildirib:

“Düşünürəm ki, onların 21 gün yerinə 20 gün istirahəti olacaq. Və heç bir digər liqa – məsələn, İngiltərə Premyer Liqası “Çelsi”yə görə, ya da, Fransa liqası PSJ üçün belə hallarda oyunları təxirə salmır. Ona görə də, biz də təqvimi dəyişməməliyik, xüsusilə, söhbət cəmi bir gündən gedirsə”.

La Liqa rəhbərliyi artıq “Real”ı məlumatlandırıb ki, “Osasuna” ilə oyunun təxirə salınması üçün heç bir əsas görülmür. Madrid klubu bu qərarı Klublararası dünya çempionatında iştirakı səbəbilə istəmişdi. Madridlilər artıq bu turnirdən PSJ-yə 0:4 hesabı ilə məğlub olaraq kənarlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button