La Liqa oyunları sükutla başlayacaq

Koronavirus səbəbiylə dayandırılan İspaniya La Liqasının bərpasından sonra oyunlar bir dəqiqəlik sükutla başlayacaq.

Komanda.az xəbər verir ki, oyunlara sükutla başlanılmasının səbəbi koronavirusdan ölənlərin xatirəsinin yad edilməsidir. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Martda dayandırılan La Liqa iyunun 11-də “Betis” – “Sevilya” oyunu ilə bərpa olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button