Sabiq futbolçu “Barselona”nın ABŞ-da oynaması fikrini “dələduzluq” adlandırdı

Niderlandlı sabiq futbolçu Marko van Basten İspaniya La Liqası rəhbərliyinin çempionat oyununu ABŞ-da təşkil etmək qərarına sərt reaksiya verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Vilyarreal” – “Barselona” görüşünün Amerikada keçirilməsini futbolun ruhuna zidd addım kimi qiymətləndirib:

“Axı nə baş verir? Lənətə gəlsin, “Vilyarreal” – “Barselona” matçını niyə ABŞ-da oynayırlar? Bu, hansısa komediya şousudur? Bu, tam absurddur, hətta dələduzluğa bənzəyir! Məncə, bu, La Liqanın tam iflas etdiyini göstərir. UEFA buna son qoymalıdır”.

Van Basten bu qərarın “Avropa futbolunun təbiətinə zidd” olduğunu da vurğulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button