La Liqa klubunun sabiq prezidentinə 11 illik həbs cəzası
İspaniyanın “Real Sosyedad” klubunun sabiq prezidenti İnaki Badiola 11 illik həbs cəzası alıb.
Komanda.az xəbər verir ki, buna onun “Twitter”də saxta hesablarla çoxlu təhqir və iftiralarda ittiham olunması səbəb olub.
O, saxta hesablarla siyasətçilərin, hakimlərin, jurnalistlərin və media orqanlarının ünvanlarına çoxlu təhqirlər yazıb, onlara müxtəlif iftiralar atıb. 8 fərqli ittiham üzrə aparılan məhkəmənin yekununda Badiolaya 10 il 8 ay müddətinə həbs cəzası verilib. Üstəlik, o, 375 min avro cərimə də ödəyəcək.
Maraqlıdır ki, sabiq prezident bütün bu ittihamları rədd edib. O, nə saxta hesablar açdığını, nə də mesaj və statuslar yazdığını qəbul edib.
Xatırladaq ki, Badiola 2007-2009-cu illər aralığında “Real Sosyedad”a rəhbərlik edib.
Bizi Facebook-da izləyin