La Liqa klubunun hücumçusu 3 aylıq sıradan çıxdı

İspaniyanın “Betis” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Xuanmi sıradan çıxıb.

O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Finlandiyanın HJK klubu ilə səfər matçında datopuğundan zədə alıb. Forvardın bu zədə səbəbindən azı 3 ay oynamayacağı bildirilir.

2019-cu ildən “Betis”də forma geyinən 29 yaşlı futbolçu, bu komandada 79 oyuna çıxıb, 27 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button