La Liqa klubunun baş məşqçisinə 4 oyunluq cəza
İspaniyanın “Kadis” klubunun baş məşqçisi Alvaro Servera 4 oyunluq cəzalandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Cəzaya 55 yaşlı mütəxəssisin hakimlərin ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəb göstərilib. La Liqanın 5-ci turunda “Qranada” ilə qarşılaşmadan sonra Xavyer Alberolanın başçılıq etdiyi hakimlər briqadasını sərt şəkildə tənqid edən Serveraya yarışın Nizam-İntizam Komitəsi 4 oyunluq cəza kəsib. O, “Real Sosyedad”, “Elçe”, “Barselona” və “Selta” ilə görüşlərdə texniki zonadakı yerini ala bilməyəcək.
“Kadis” isə bununla bağlı bəyanat yayaraq baş məşqçinin hakimləri təhqir edəcək heç bir söz demədiyini iddia edib. Klub apelyasiya şikayəti verəcəyini açıqlayıb.
Qeyd edək ki, “Kadis” – “Qranada” oyunu 1:1 hesabı ilə başa çatıb.
Bizi Facebook-da izləyin