La Liqa klubunun 20 milyonluq yeni transferi mövsümün sonunadək sıradan çıxdı

İspaniyanın “Real Sosyedad” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Umar Sadiq uzun müddətə sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriyalı futbolçu La Liqanın 5-ci turu çərçivəsində baş tutan “Xetafe” ilə oyunda (1:2) sağ dizindən ağır zədə alıb. Umarın sentyabrın 15-də dizindən əməliyyat olunacağı bildirilib.

İspaniya mətbuatının iddiasına görə, ən ağır zədələrdən biri ilə üzləşən hücumçu böyük ehtimalla mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

Xatırladaq ki, “Real Sosyedad” Umar Sadiqi transfer pəncərəsinin sonuncu günündə “Almeriya”dan 20 milyon avro qarşılığında transfer etmişdi. Nigeriyalı forvard bu komandanın heyətində meydana çıxdığı 3 matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button