La Liqa klubundan Okazaki ilə yeni müqavilə

İspaniyanın “Hueska” klubu yaponiyalı hücumçusu Sindzi Okazaki ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı yaponiyalı futbolçu yeni müqaviləyə əsasən, növbəti mövsümün sonuna qədər “Hueska”nın uğurları üçün çalışmağa davam edəcək. O, 2019-cu ilin sentyabrından bu komandada çıxış edir.

Yaponiya yığmasında 119 oyun keçirib, 50 qol vurmuş Okazaki karyerası ərzində “Lester Siti, “Maynts”, “Ştutqart”, “Simidzu S-Pals” klublarının da şərəfini qoruyub.

Qeyd edək ki, Sequndada çıxış edən “Hueska” 2019/20 mövsümünün yekunlarına əsasən növbəti mövsümdən La Liqada mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button