La Liqa klubundan Monçi açıqlaması

Bir müddət əvvəl “Roma”dan ayrılan idman direktoru Ramon Monçinin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubu Monçi ilə danışıqlar aparır. Bu barədə “Sevilya”nın prezidenti Xose Kastro İspaniya mətbuatına açıqlamasında deyib:

“Sevilya”ya yeni idman direktoru gətirmək istəyirik. Monçinin ən yaxşı seçim olduğunu düşünürük. Gələcək planlarımızda razılaşmalıyıq və hələ ki, danışıqlar hər iki tərəf üçün də müsbət yöndə irəliləyir”.

Ramon Monçi “Roma”dan əvvəl, 2000-2017-ci illər arasında “Sevilya”da idman direktoru vəzifəsində çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button