La Liqa klubundan “Mançester Yunayted”ə müraciət
“Real Sosyedad” yarımmüdafiəçi Donni van de Beeki transfer etməklə bağlı “Mançester Yunayted”ə müraciət ünvanlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq rəsmi danışıqlara start veriblər.
Ötən həftə La Liqa klubunun nümayəndələri niderlandlı futbolçu ilə əlaqə saxlayaraq, müqavilənin şərtlərini müzakirə ediblər.
26 yaşlı futbolçu 2020-ci ildən “qırmızı şeytanlar”ın futbolçusudur. Donni van de Beekin MY ilə müqaviləsi 2025-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin