La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə
İspaniyanın “Betis” klubu baş məşqçi Manuel Pelleqrini ilə müqavilənin müddətini artırıb.
Komanda.az La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssisin yeni müqaviləsi 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub.
Pelleqrini 2020-ci ilin avqustundan “Betis”ə rəhbərlik edir. Çilili mütəxəssisin gəlişindən bəri bu komanda ardıcıl üç mövsümdür avrokuboklara vəsiqə qazanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin