La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

İspaniyanın “Selta” klubu baş məşqçisi Oskar Qarsiya ilə bağlı qərarını açıqlayıb.

Komanda.az xəbər verir ki, klub rəhbərliyi 27 yaşlı ispan mütəxəssislə yeni müqavilə imzalamağa qərar verib.

Qarsiya daha iki mövsüm bu komandaya rəhbərlik edəcək. Onunla yanaşı köməkçiləri də “Selta”da qalacaq.

Qeyd edək ki, Oskar Qarsiya 2019-cu ilin noyabrından “Selta”nın baş məşqçisidir. Komanda La Liqada 31 turdan sonra 33 xalla 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button