La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

“Xetafe” baş məşqçi Xose Bordalasın müqavilə müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.

İspan baş məşqçi aprel ayından bu postda çalışır. Komanda onun rəhbərliyi altında La Liqada qalmağı bacarıb.

Bordalas daha öncə 2016-2021-ci illər aralığında da “Xetafe”yə rəhbərlik edib.

“Xetafe” ötən yay “Real Sosyedad”dan icarəyə götürdüyü yarımmüdafiəçi Portunun da transfer hüquqlarını alıb. Sağ cinah vingeri ilə 3 illik müqavilə imzalanıb. “Xetafe” bu transfer üçün La Liqanın digər klubuna 3,5 milyon avro təzminat ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button