La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə
“Valensiya” klubu baş məşqçisi Ruben Baraxa ilə müqavilənin müddətini uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Baraxa fevralda baş məşqçi təyin olunmuşdu.
“Valensiya” La Liqada son mövsümü 42 xalla 16-cı pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin