La Liqa klubundan ayrılıq açıqlaması
Yarımmüdafiəçi Asyer İlyaramendi cari mövsümün sonunda “Real Sosyedad”ı tərk edəcək.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı ispaniyalı futbolçu komandadan azad agent kimi gedəcək, klubla yeni müqavilə imzalamayacaq.
İlyaramendi “Real Sosyedad”ın yetirməsidir. Futbolçu 2013-cü ildə komandadan ayrılaraq “Real” keçsə də, iki ildən sonra doğma klubuna qayıdıb.
İlyaramendi 2022/23 mövsümündə “Real Sosyedad”ın heyətində 29 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin