La Liqa klubundan 40 yaşlı qapıçı ilə yeni müqavilə

İspaniyanın “Vilyarreal” klubu qapıçısı Pepe Reyna ilə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi digər qapıçısı İker Alvares, eləcə də müdafiəçisi Pablo İniqeslə də müqavilənin müddətini artırıb.

40 yaşlı Reyna ilə yeni müqavilə 1 illikdir. Ötən mövsümün əvvəlində bu klubla 1 illik müqavilə bağlamış təcrübəli qolkiper “Vilyarreal”da meydana çıxdığı 32 oyunda 38 qol buraxıb. “Barselona”nın yetirməsi 2002-2025-ci illər aralığında da bu komandada forma geyinib.

Mərkəz müdafiəçisi olan Pablo İniqes də 1 illik yeni müqaviləyə imza atıb. 29 yaşlı mərkəz müdafiəçisi ilə əvvəlki sözləşmənin müddəti bu ay başa çatırdı. “Vilyarreal”da cəmi 12 oyun keçirmiş futbolçu daha çox bu klubun B komandasında forma geyinib.

İker Alvares isə “Vilyarreal”ın öz yetirməsidir. Andorra yığmasının da üzvü olan 21 yaşlı qolkiper yeni müqaviləyə əsasən 2026-cı ilin 30 iyununa kimi İspaniya klubunda qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button