La Liqa klubundan 36 yaşlı futbolçu ilə yeni müqavilə

İspaniyanın “Atletik” klubu yarımmüdafiəçisi Raul Qarsiya ilə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı futbolçu ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb.

İspaniya millisinin sabiq üzvü 2015-ci ildə “Atletiko”dan “Atletik”ə keçib. O, bu mövsüm 39 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button