La Liqa klubunda yeni müqavilə

İspaniyanın “Valensiya” klubu yarımmüdafiəçisi Karlos Solerlə müqavilə yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

22 yaşlı ispaniyalı futbolçu klubu ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb. Yeni anlaşmaya əsasən, Soleri heyətində görmək istəyən klub “Valensiya”ya 150 milyon avro təzminat ödəməlidi.

İspaniyanın U-19 və U-21 yığmalarında oynamış Soler “Valensiya”nın öz yetirməsidi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button