La Liqa klubunda yeni müqavilə

spaniyanın “Atletik” klubu yarımmüdafiəçisi Unay Vensedorla müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb. Bilbao klubu futbolçusuna transfer qiyməti də qoyub. Hansısa klub bu oyunçunu 2025-ci ildən tez transfer etmək istəsə, “Atletiko”ya 40 milyon avro ödəməlidir.

Vensedor 2017-ci ildən “Atletik”də çıxış edir. O, 2018-ci ildən klubun əsas komandasına cəlb olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button