La Liqa klubunda yeni müqavilə
“Sevilya” yarımmüdafiəçisi Nemanya Qudelin müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Serbiya yığmasının üzvü ilə bu ay bitən sözləşmə 3 il müddətinə artırılıb.
31 yaşlı futbolçu 2019-cu ildən formasını geyindiyi “Sevilya”da 163 oyunda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin