La Liqa klubunda yeni müqavilə

“Atletik”in hücumçusu Asier Villabre klubla müqavilə müddətini uzadıb.

Komanda.az La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı ispaniyalı ilə yeni müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2023-cü ilin yayında başa çatırdı.

Villabre 2016-cı ildən “Atletik”də çıxış edir. O, cari mövsümdə 8 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button