La Liqa klubunda yeni hücumçu

İspaniyanın “Eybar” klubunun hücumçusu Kike Qarsiya bu komandadan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı futbolçu La Liqa ilə vidalaşan “Eybar”da qalmaq istəməyib. O, 2016-cı ildən formasını geyindiyi klubla azad agent kimi vidalaşıb.

Kike Qarsiya artıq özünə yeni klub da tapıb. İspan hücumçu La Liqanın digər təmsilçisi “Osasuna”y akeçib. Sözügedən klub təcrübəli futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə bağlayıb.

Kike “Mursiya”nın yetirməsidir. O, 2014-cü ilə qədər məhz bu komandanın uğurları üçün çalışıb. 2014-2016-cı illər aralığında isə hücumçu İngiltərənin “Midlsbro” klubunda legioner həyatı yaşayıb.

Yeri gəlmişkən, “Osasuna” Kike ilə yanaşı, Xesus Aresonu da heyətinə qatıb. Areso “Osasuna”nın öz yetirməsidir. Amma 21 yaşlı futbolçu 2017-ci ildən “Atletik”in uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button