La Liqa klubunda yeni baş məşqçi

“Rayo Valyekano” klubu İniqo Peresi baş məşqçi təyin edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında razılaşmanın təfərrüatları açıqlanmayıb.

Mütəxəssis əvvəllər komandanın məşqçilər korpusunda yer alıb.

Komandanın sabiq baş məşqçisi Rodrigesin bu gün istefası elan olunub. O, ötən ilin iyun ayından “Rayo Valyekano”da baş məşqçilik edirdi. Komanda onun rəhbərliyi altında son 5 oyunun heç birində qələbə qazana bilməyib. Hazırda “Rayo Valyekano” İspaniya çempionatında 14-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button